Xankəndidə qarın fəsadları aradan qaldırılır - FOTO

 16:02 11.02.2026     447

Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, şəhərin əsas və daxili küçələri xüsusi texnika vasitəsilə qardan təmizlənir, yol örtüyünə qum və duz səpilərək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunur.

Komunal xidmətlər gücləndirilmiş iş rejiminə keçərək, fasiləsiz fəaliyyət göstərir.Hazırda bütün əsas magistrallar və yaşayış massivlərinə aparan yollar nəzarətdə saxlanılır, yaranan çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər davam etdirilir.

akinlərdən hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları və müvafiq qurumların tövsiyələrinə əməl etmələri xahiş olunur.

22222
Vumart və Güvən reklamı Vumart Güvən