Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi fəaliyyətə BAŞLADI

 15:32 12.02.2026     451

Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi yaradılıb.

Dövlət Komitəsindən Redaktor.az-a bildirilib ki, yeni xidmət vasitəsilə vətəndaşlar Qurumun fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, həmçinin şikayət və təkliflərini ünvanlaya bilərlər.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlardan birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

2
Vumart və Güvən reklamı Vumart Güvən