Qatarda sərnişinlərə kitab hədiyyəsi - FOTO

 12:49 14.02.2026     435

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Parlaq İmzalar” nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətini təşviq edən yeni layihəyə start verilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ADY tərəfindən qatarda səfər edən sərnişinlərə kitablar hədiyyə olunub.

“Kitab bağışlamaq inkişafı, gələcəyi hədiyyə etməkdir. ADY bu yanaşmanı hər il daha geniş miqyasda davam etdirir. Bir kitabla başlayaq, dəyəri paylaşaq”, - məlumatda deyilir.









 

Vumart və Güvən reklamı Vumart Güvən