“İşə düzəltmək” adı ilə 12 minə yaxın pulu ələ KEÇİRDİ

 17:48 14.02.2026     465

Sumqayıtda dələduzluq faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bir nəfər “işə düzəltmək” adı ilə vətəndaşı aldadaraq 11 min 500 manat pulunu ələ keçirməkdə şübhəli bilinir.

Zərərçəkmişin polisə müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən