Bakıda duman var - Görünüş məsafəsi MƏHDUDLAŞDI

 10:11 16.02.2026     333

Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən