Bakının bu ərazisində işıq OLMAYACAQ

 10:39 17.02.2026     341

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Redaktor.az-a verilən məlumata görə, fevralın 17-də ETSİ ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən