İlin ilk Günəş tutulması baş verəcək - Bu SAATDA

 14:00 17.02.2026     307

İlin ilk Günəş tutulması baş verir və 18:27-də başa çatacaq.

Bu barədə Redaktor.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Günəş tutulmasının maksimum fazası 16:12-yə təsadüf edəcək.

Bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunur.

Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünür.

Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

Vumart və Güvən reklamı Vumart Güvən