“Pakistan ASAN xidmət” mərkəzinə 15 mindən çox müraciət daxil olub

 15:07 17.02.2026     203

“Pakistan ASAN xidmət” mərkəzinə bu günədək 15 mindən çox müraciət daxil olub.

Bu barədə Redaktor.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 14-də Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzdə ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət həyata keçirilir. Burada “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.

Vumart və Güvən reklamı Vumart Güvən