Polis silah-sursat aşkarladı

 11:05 18.02.2026     317

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Redaktor.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng aşkar ediblər.

Bundan başqa 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi də aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən