Rəşad Məcid AMEA ilə mətbuatın əlaqələrini daha sıxlaşdırmağı təklif ETDİ

 13:11 18.02.2026     291

Jurnalistlər dilin kütləvi yayılmasında əhəmiyyətli rol oynayan peşə sahibləridir.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

“Ona görə də Mətbuat Şurasında fəaliyyət göstərən Dil Komissiyasını yenidən formalaşdırdıq. Hesab edirəm ki, bu Komissiyanın fəaliyyəti ilə AMEA-nın İnstitutlarının əlaqəsinin sıxlaşdırılması işimizə dəstək olacaq. Arzu edirik ki, AMEA ilə mətbuatın əlaqələri daha sıx olsun”, - Rəşad Məcid qeyd edib (APA).

Vumart və Güvən reklamı Vumart Güvən