"Azərsilah"ın Şirvandakı zavodunda qəza OLDU

 10:31 19.02.2026     345

Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

Bu barədə Redaktor.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən