Nazir sədr müavinini işdən çıxardı - FOTO

 12:08 19.02.2026     392

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub. 

Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib. 

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Nazir sədr müavinini işdən çıxardı - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən