Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya ETDİ

 11:54 20.02.2026     231

Milli Məclisin bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na xüsusi bəyanatla qoşulur. Bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının Ermənistanla münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.

Vumart və Güvən reklamı Vumart Güvən