İlk köç karvanı Xocavəndin şəhər və kəndinə çatdı - YENİLƏNİB - FOTO
Xocavənd şəhəri və Xocavənd kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
Redaktor.az xəbər verir ki, mərasimdə müvafiq qurumların nümayəndələri iştirak ediblər. ANAMA əməkdaşları tərəfindən mina və partlamamış sursat təhlükəsi ilə bağlı maarifləndirici məlumat verilib.
İlkin mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb. Köçürülənlər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələridir.
***
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.
Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




























