Zabrat qəsəbəsindəki su xəttində qəza aradan QALDIRILDI

 17:57 24.02.2026     289

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən daxil olan məlumatda deyilir.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib. 

Bəzi ərazilərdə əhali tərəfindən primitiv üsulla çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.

Vumart və Güvən reklamı Vumart Güvən