Leyla və Alyona Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTO

 09:16 25.02.2026     367

Fevralın 24-də Leyla Əliyeva və Alyona Əliyeva Quba rayonuna səfər ediblər.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.

Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alyona Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alyona Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.

Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.Leyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLARLeyla və Alena Əliyevalar Qubada internat məktəbini və STEAM mərkəzini ziyarət etdilər - FOTOLAR

 

Vumart və Güvən reklamı Vumart Güvən