Ramiz Əzizbəylinin xanımı vəfat ETDİ

 16:15 26.02.2026     360

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.

Redaktor.az baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Bu barədə sayta R.Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Z.Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün həyatını itirib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən