Bu rayona baş memar təyin EDİLDİ
Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.
Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri - şəhərin baş memarı vəzifəsinə təyin olunub.
R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.













