Vilayət Eyvazovun Yevlaxdakı vətəndaş qəbulu təxirə SALINDI

 14:01 28.02.2026     480

Daxili işlər naziri Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Yeni tarix barədə əlavə məlumatın veriləcəyi bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən