İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin SAYI - YENİLƏNİB
İrandan Astara Sərhəd Gömrük keçid məntəqəsi vasitəsilə iki Türkiyə vətəndaşının və İranda təhsil alan 13 Tacikistan vətəndaşının rahat şəraitdə Azərbaycana keçidi təmin edilib.
Redaktor.az xəbər verir ki, təxliyə olunanlar yaradılan imkana görə ölkəmizə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
***
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Redaktor.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 20-dən çox Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Fransa və Tunis vətəndaşı da ölkəmizə təxliyə olunub.
***
İordaniyanın İrandakı səfirliyinin 4 əməkdaşı Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Redaktor.az xəbər verir ki, İordaniyanın İrandakı səfiri Əşrəf Khasawneh Azərbaycana təşəkkür etdiyini bildirib.
"Azərbaycanı çox sevirəm. İnanıram ki, növbəti dəfə bu ölkəyə turist kimi gələcəyik", - deyə səfir bildirib.
***
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Redaktor.az xəbər verir ki, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan vətəndaşı ölkəmizə təxliyə olunub.
***
İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 12.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı, 5 nəfər Tacikistan vətəndaşı, 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndələri ölkəmizə təxliyə olunub.
***
İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər - 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.















