Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ

 14:12 02.03.2026     293

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Redaktor.az xəbər verir ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Vumart və Güvən reklamı Vumart Güvən