İrandan Azərbaycana təxliyə olunanların sayı ARTIR

 22:52 02.03.2026     390

Axşam saatlarında da Astara SGK məntəqəsindən Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşların təxliyəsi davam edir.

Redaktor.az xəbər verir ki, 21:00-dan bu saata kimi 11 Rusiya Federasiyası, 15 Çin, 2 Tacikistan və 7 Azərbaycan vətəndaşı Astara SGK məntəqəsindən keçidi təmin olunub.

Təxliyə prosesi davam edir.

***

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Redaktor.az xəbər verir ki, 28 fevral 8.00-dan – 2 mart saat 14-dək İrandan 370 nəfərin təxliyyə olunduğu açıqlanıb.

Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər xarici olkələrin (Çin-81, Rusiya-47, Pakistan – 32, Səudiyyə Ərəbistanı – 18, Tacikistan – 30, BƏƏ – 6, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Fillipin – 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya–1, Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.

Vumart və Güvən reklamı Vumart Güvən