Bakı-Qazax istiqamətində əlavə qatar reysləri təyin edildi

 10:05 03.03.2026     369

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Redaktor.az xəbər verir ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək.

Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən