Qar yağacaq - XƏBƏRDARLIQ!

 16:34 03.03.2026     386

Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Vumart və Güvən reklamı Vumart Güvən