"Azəriqaz" rəhbəri Lənkəranda 3 rayonun sakinlərini qəbul edəcək

 14:19 04.03.2026     362

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 6 mart saat 11:00-da Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qurumun Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, görüş zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 95 01; 050 845 90 52; 050 845 92 30) müraciət edə bilərlər", - məlumatda deyilir.

2
Vumart və Güvən reklamı Vumart Güvən