Naxçıvandan daxili və xarici istiqamətlərdə uçuşlar DAYANDIRILDI
Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Naxçıvan Beynəlxalq Hava Limanından Redaktor.az-a verilən məlumata görə, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.
Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.













