Azərbaycanın səfirliyinin nümayəndələri Rəsulzadənin məzarını ziyarət etdilər - FOTO

 13:40 06.03.2026     224

Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri anım günü münasibətilə Rəsulzadənin məzarını ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat səfirliyin sosial media hesabında paylaşılıb.

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni vəfatının 71-ci ildönümündə məzarı başında rəhmət və ehtiramla yad etdik. Ruhu şad, məkanı cənnət olsun", - məlumatda qeyd edilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən