Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

 10:33 07.03.2026     341

Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 alışdırıcı, 8 tüfəng, 8 patron darağı və 900 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən