Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa EDİLDİ

 19:21 09.03.2026     458

Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.

Redaktor.az xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvan-Bakı maşrutu ilə "J2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.

Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək (Report).

Vumart və Güvən reklamı Vumart Güvən