Azərbaycanda 3 kəndin adı DƏYİŞİR

 11:12 11.03.2026     266

Azərbaycanda 3 kəndin adı dəyişir.

Redaktor.az-ın xəbərinə görə, bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən