AzTV-nin əməkdaşı vəfat etdi - FOTO

 09:41 16.03.2026     272

AzTV-nin strukturunda fəaliyyət göstərən “Beynəlxalq” radionun direktor müavini Bahadur Nəsirov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Sevinc İsmayılqızı məlumat yayıb.

38 yaşlı B.Nəsirovun ölüm səbəbi haqqında məlumat verilməyib.

Mərhumun bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!

2
Vumart və Güvən reklamı Vumart Güvən