Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

 14:10 20.03.2026     336

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Redaktor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən