Azərbaycana gətirilən zərərli arılarla bağlı araşdırma BAŞLADILDI

 19:31 27.03.2026     522

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Özbəkistandan Azərbaycana gətirildiyi iddia edilən arılarla bağlı araşdırmaya başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq agentlikdən bildirilib.

Qeyd olunub ki, məsələ araşdırılır və əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Özbəkistandan Azərbaycana bir tır arının gətirildiyi və onların gənələrlə yoluxduğu ilə bağlı məlumat yayılmışdı. İddialara görə, idxal edilən arılar Tropilaelaps gənəsi ilə yoluxub.

Vumart və Güvən reklamı Vumart Güvən