“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO

 10:18 28.03.2026     445

Aramsız yağan yağış ölkənin müxtəlif ərazilərində və paytaxtda fəsadlar törətməkdə davam edir.

Redaktor.az xəbər verir ki, yağış suları Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində də problemlər yaradıb.

Belə ki, ticarət mərkəzinin bəzi hissələrini su basıb, sahibkarların mağazaları, eləcə də piyadaların hərəkət zolaqları su altında qalıb.

“Operativ Media”ya istinadən ərazidən görüntüləri təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən