Bu xəstəxanaya baş həkim təyin EDİLDİ

 15:36 30.03.2026     490

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.

O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında  həkim olub.

Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı.

Vumart və Güvən reklamı Vumart Güvən