"Piyadaların qayda pozuntuları yol təhlükəsizliyini təhdid edir" - Rövşən Tağıyev
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, piyadaların müəyyən edilməyən yerlərdən yolu keçməsi insan həyatı üçün ciddi risk yaradır.
Redaktor.az xəbər verir ki, şöbə rəisi vurğulayıb ki, piyadalar bu qayda pozuntusundan çəkinməsələr dəfələrlə ictimailəşdirilmiş yol-nəqliyyat hadisələri və maarifləndirici paylaşımlara baxmayaraq təhlükəli davranışlarını davam etdirirlər:
"Müəyyən edilməyən yerdən yolu keçərkən sürücünün piyadaya yol verməsi həmin şəraitin təhlükəsiz olduğunu göstərmir və digər zolaqlarda hərəkət də nəzərə alınmalıdır".
O, qeyd edib ki, belə hallarda digər sürücülər piyadanı vaxtında görə bilməyə bilər və baş verən yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz bu cür diqqətsizlik və məsuliyyətsiz davranışların nəticəsidir.
Aminə ŞAHSUVARQIZI













