Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif EDİLDİ

 17:22 03.04.2026     302

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Redaktor.az-ın məlumatına görə, təltif olunanlar arasında ANAMA-nın həlak olan əməkdaşı İsayev Raqif Deputat oğlu da var. 

Xatırladaq ki, 2024-cü il 21 iyun tarixində işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib.

Vumart və Güvən reklamı Vumart Güvən