Bu rayonun bəzi kəndlərində işıq KƏSİLƏCƏK

 09:17 07.04.2026     363

Bu gün Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-a qədər Lerik rayonunun Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən