Xınalıq yolunda “qar divar”lar - FOTO

 12:32 13.04.2026     243

 

Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır.

Redaktor.az xəbər verir ki, ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb.

Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrindən qarın hündürlüyü 3 metrə çatır.

Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda “qar divarları” qalmaqdadır. Bu mənzərəni bəzi yerlərdə bir kilomoterdək məsafədə müşahidə etmək olar (AZƏRTAC).













Vumart və Güvən reklamı Vumart Güvən