Yollarda duman olacaq - Sürücülərin NƏZƏRİNƏ!

 17:10 16.04.2026     356

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Redaktor.az xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən