Onlar da doğma yurda qayıtdılar - FOTO - YENİLƏNİB
Aprelin 21-də Ağdam şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 332 nəfərdən ibarət 92 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimatı mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə - 332 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


























