Qırmızı Bazar qəsəbəsinə növbəti köç oldu - FOTO

 16:10 21.04.2026     218

Bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub.

Redaktor.az xəbər verir ki, qəsəbəyə 17 ailə (74 nəfər) köçürülüb.

Sakinlərə evlərinin açarları təqdim olunub. ANAMA əməkdaşları tərəfindən ailələrə mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəli əşyalardan uzaq durmaları tövsiyə olunub.

Mərasimdə müvafiq qurumların nümayəndələri iştirak edib. Yeni sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

222
Vumart və Güvən reklamı Vumart Güvən