Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO
“Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub.
Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Barat Yusubovun özü məlumat verib.
O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: “Məlumat doğrudur, artıq “Yeni Klinika”nın direktoru deyiləm”.
Qeyd edək ki, ötən gün Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyevin də işdən çıxması barədə məlumat yayılıb.














