Diplomatların şəxsi baqajları gömrük baxışından azad OLUNACAQ

 22:30 28.04.2026     346

Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azad olunacaq.

Redaktor.az xəbər verir ki, sözgüdən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycan Respublikasının birinci vitse-prezidentinin və vitse-prezidentlərinin baqajları gömrük yoxlamasından azad olunması təklif edilir.

Vumart və Güvən reklamı Vumart Güvən