Xocavənd kəndinə növbəti köç karvanı yola salındı - YENİLƏNİB

 14:14 30.04.2026     461

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç həyata keçirilib.

Redaktor.az-ın xəbərinə görə, kəndə köç edənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 32 ailə, ümumilikdə 135 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.

***

Növbəti köç karvanı Xocavənd rayonunun Xocavənd kəndinə çatıb.

Redaktor.az-ın xəbərinə görə, bu mərhələdə Xocavənd kəndinə 32 ailə – 135 nəfər köçürülüb.

***

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.

Redaktor.az-ın xəbərinə görə, köç edənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd kəndinə 32 ailə – 135 nəfər köçürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən