Ağsuda “Xalqa bağışlanan ömür” adlı maarifləndirici tədbir keçirildi - FOTO

 14:17 05.05.2026     587

Şəhərsalma və Memarlıq ili çərçivəsində 05 may 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyev anadan olmasının 103-cü ildönümü müansibətilə Ağsu şəhər 5 saylı tam orta məktəbdə “Xalqa bağışlanan ömür” adlı maarifləndirici tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayon Gənclər və İdman sektorunun əməkdaşı Seyran Dəmirov, Ağsu şəhər 5 saylı tam orta məktəbin direktoru Şərqiyyə Həsənova və məktəbin müəllim və şağird kollektivi iştirak edib.

Tədbirdə ilk öncə müasir və müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilli uğrunda şirin canlarından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yap Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək qeyd edib ki, bu gün Ümummilli Liderin zəngin siyasi irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyalarının təbliği Heydər Əliyev siyasətinə verilən böyük önəmin göstəricisidir. Sədr müavini bildirib ki, Heydər Əliyevin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Onun dövlət idarəçiliyi prinsipləri, xarici siyasət doktrinası və iqtisadi inkişaf strategiyası bu gün də aktuallığını qoruyur və inkişaf etdirilir.

Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun prinsiplərini müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirir. Bu davamçılıq nəinki keçmişə hörmətin, həm də gələcəyə olan inamın ifadəsidir.

Digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mərhələləri haqqında danışıb, əsasən də Azərbaycanın müstəqilliyə qovuşmasında, güclü dövlətə çevrilməsi yolunda Ulu Öndərin yorulmaz fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda partiya sıralarına yeni qoşulan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən