Arzu Nağıyev Həştərxana gedəcək

 15:09 05.05.2026     252

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mayın 6-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcək.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd eolunub ki, komitə sədri burada ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər mayın 9-da başa çatacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən