"Azərbaycan və İtaliya arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
Azərbaycan və İtaliya arasında əlaqələr son dövrlərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu tərəfdaşlıq təkcə siyasi əlaqələrlə məhdudlaşmır, həm də iqtisadi, enerji, mədəni və humanitar sahələrdə geniş əməkdaşlığı əhatə edir. İki ölkə arasındakı bu münasibətlər Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayır.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və ölkə rəhbəri cənab İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Səfər zamanı aparılan danışıqlarda həm mövcud əlaqələr, həm də gələcək planlar diqqət mərkəzində olub. İki ölkə arasındakı münasibətlər Avropa məkanında seçilən nümunələrdəndir. Bu münasibətlərin əsasında qarşılıqlı etimad, siyasi sabitlik və davamlı dialoq dayanır. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması iqtisadi münasibətlərin möhkəm əsaslara söykəndiyini təsdiqləyir. Bununla yanaşı, yeni istiqamətlər üzrə imkanlar da nəzərdən keçirilir.
Prezident İlham Əliyev və Ciorcia Meloni səviyyəsində keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir. Bu Azərbaycanla-İtaliyanın enerji əməkdaşlığından çoxşaxəli strateji tərəfdaşlığa doğru gedən əlaqələrdir. Rəsmi Roma iqtisadi vasitələrlə regionda siyasi mövcudluğunu möhkəmləndirir, yeni reallığı qəbul edir və Azərbaycanla tərəfdaşlığını daha da gücləndirir. Bu gün məhz belə bəyanatlardan çox real addımlara əsaslanan yanaşma müasir geosiyasətin əsas xüsusiyyətinə çevrilir. Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













