Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

 16:25 08.05.2026     336

Mayın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.

Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən