Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

 10:47 09.05.2026     408

Mayın 9-u saat 10:00-a olan məlumatına əsasən mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.

Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.

Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən